Tempietto di Bramante

San Pyetro in Montorio kilsəsinin kiçik məbədciyi
it. Il tempietto di San Pietro in Montorio
Xəritə
41°53′19″ şm. e. 12°27′59″ ş. u.
Ölkə İtaliya İtaliya
Şəhər Roma
Yerləşir Roma
Memar Donato Bramante
Sifarişçi II FerdinandKastilyalı İzabella
Tikilmə tarixi 1502-ci il
Üslubu İntibah memarlığı
Vəziyyəti rotondalı kiçik kapella
Tempietto (Roma)
Tempietto
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tempietto di Bramante (hərfi mənası "Bramantenin məbədciyi", it. Tempietto del Bramante) — İtaliyanın paytaxtı Roma şəhərinin Yanikul təpəsinin ətəklərində yerləşən, öz xarici görünüşünə görə antik Tolos məbədlərini xatırladan və İntibah dövründə inşa edilən kapelladır. Memarlıq mütəxəssisləri tərəfindən, kapella "İntibah dövrünün yüksək arxitekturasının mükəmməl nümunəsi olaraq qiymətləndirilmişdir[1]. Binanın ümumi layihəsi Yüksək Renessans dövrünün əsasını qoymuş və o dövrün ən məşhur nümayəndələrindən birisinə çevrilmiş Donato Bramante tərəfindən tərtib edilmişdir. Kapellanın inşası tamamlandıqdan sonra, onun dahi memarın şərəfinə adlandırılmasına dair qərar qəbul edilmişdir. Kapellanın tikintisi üçün qədim yunan və Roma məbədlərinin memarlıq üslubu əsas götürülmüşdür; burada hissələrin arasında olan mütənasib həndəsi əlaqə dərhal gözə çarpır və diqqəti cəlb edir.

  1. Wundram (Hrsg.): Reclams Kunstführer, Italien. Band V. Rom und Latium, S. 260.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy